gül-kələmli-zapekanka

gül-kələmli-zapekanka

Gül Kələmli Zapekanka

Ərzaqlar

  • 1 kq gül kələmi
  • 300 q xama
  • 200 q vetçina
  • 100 q pendir
  • 2 ədəd yumurta
  • duz, istiot

Hazırlanması

  1. Gül kələmini kiçik hissələrə bölün.
  2.  Su qaynadın və suya duz da vurun.
  3. Kələmi qaynar suyun içinə tökün. Kələm yumşalanacan saxlayın.
  4. Diqqət edin ki, kələm dağılacaq qədər yumşalmasın.
  5. Bir az yumşalsa, bəs edər.  Sonra isə kələmi süzün  və qoyun bir qədər soyusun.
  6. Pendiri sürtgəcin kiçik gözündən keçirin. Vetçinanı kiçik kub şəklində doğrayın.
  7. Xama ilə yumurtanı birlikdə çalın və duz, istiot vuraraq qarışdırın.
  8. Vetçinanın xamalı qarışığa əlavə edib qarışdırın.
  9. Kələmi də bu qarışıma əlavə edin və ehtiyatla qarışdırın ki, kələm əzilməsin.
  10. Alınan məhlulu yağlanmış qaba tökün və qaşıqla üzərini hamarlayın.
  11. Pendiri onun üzərinə bərabər miqdarda əlavə edərək yayın.
  12. Əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada 40-50 dəqiqəyəcən bişirin.
  13. Süfrəyə verməmişdən əvvəl bir qədər soyuda bilərsiniz, amma isti ikən lap ləzzətli olur.
  14. Nuş olsun!

Hakkında – gül kələmli zapekanka börəyi hazırlamaq asan olmasada çox ləziz dadı var.

 

One Comment

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10