Göyərti Küküsü

Göyərti Küküsü

Göyərti Küküsü

Ingredients

4 pay üçün

  • 2 stəkan xırda doğranmış keşniş
  • 1 stəkan xırda doğranmış şüyüd
  • ½ stəkan xırda doğranmış təzə soğan
  • 5 ədəd yumurta
  • Bir çimdik duz, istiot
  • Dörtdə bir stəkan kərə yağı
  • Süfrəyə vermək üçün sarımsaq-qatıq

Directions

  1. Göyərti, yumurta, duz-istiotu bir qabda qarışdırın.
  2. Eni 25 sm olan dibi yapışmaz tavada yağı əridin.
  3. Qarışığı tavaya töküb yayın. Altı qızaranadək, 5-8 dəqiqə bişirin.
  4. Bıçaqla 4 (və ya istəyə görə 8 üçbucağa kəsin). Bunları çevirib o tərəfini qızardın.
  5. Gərəkirsə tavaya bir az da yağ əlavə edin.
  6. Çörək və sarımsaq-qatıqla süfrəyə verin.

Nuş Olsun!

Hakkında:  Yaz-yayın ən ləzzətli yeməklərindən – göyərti küküsü. Azərbaycanın müxtəlif bölgələrində kükünü fərqli bişirirlər, daha doğrusu, kükünün içinə qatılan göyərtilər bölgəyə görə müxtəlif olur. Burada gördüyünüz klassik kükü reseptidir. Əgər təzə sarımsaq mövsümüdürsə, küküyə xüsusi ləzzət qatmaq üçün ona sarımsağın yaşıl yarpaqlarından əlavə etmək olar. Bəzən küküyə ispanaq da vurulur. Nanə da ola bilər.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10