göbələkli yay salati

göbələkli yay salati

Göbələkli Yay Salatı

Ərzaqlar

  • 1 banka (təxminən 450 q və ya 3 stəkan) turşuya qoyulmuş göbələk (xırda, yumrulardan, adı şampinyondur)
  • 1 ədəd orta boy yerkökü
  • 1 ədəd kiçik qırmızı Bolqar bibəri
  • 1 ədəd kiçik sarı və ya portağal rəngi Bolqar bibəri
  • 1 ədəd kiçik yaşıl Bolqar bibəri
  • 1 ədəd orta boy turşu-xiyar
  • 1 ədəd orta boy təzə xiyar
  • zövqə görə şüyüd
  • 1 ədəd orta boy baş soğan
  • 3-4 x. qaşığı limon suyu
  • 3-4 x.qaşığı zeytun yağı
  • duz
  • istiot

Hazırlanması

  1. Göbələkləri ortadan iki yerə kəsin.
  2. Yerkökünü suda yarım bişənə kimi qaynadın. Qabığını soyub, uzun-uzun və nazik doğrayın.
  3. Bibərləri  və xiyarları  (təzə xiyarın qabığını soyun) da uzun-uzun və nazik doğrayın. Şüyüdü də doğrayın.
  4. Soğanı soyun və yarı bölün. Sonra uzun-uzun və nazik doğrayın. Üstünə bir az duz səpin və əlinizlə soğanı ovun ki, acısı çıxsın. Sonra isə suya çəkib, suyunu tamamilə sıxın (orijinal reseptdə soğana qaynar su töküb sıxmaq məsləhət görülür. Mən duz metodunu daha çöx xoşlayıram).
  5. Bütün ərzaqları bir qaba qoyun. Üstünə limon suyu və zeytun yağı əlavə edin və zövgə görə duzlayıb istiotlayın. Qarışdırıb bir müddət soyuducuda saxladıqdan sonra süfrəyə verin.Nuş Olsun!

Hakkında:  Olduqca yüngül və ləzzətli salatdır. Orijinal reseptdə turşu xiyar var, amma siz həm təzə, həm turşu xiyar əlavə edəbilərsiniz. Çox asan salatlardan sayılan göbələkli yay salatı həmdə çox faydalıdır və diyetikdir.

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10