Göbələkli Toyuq Budu

Göbələkli Toyuq Budu

Göbələkli Toyuq Budu

Ərzaqlar

  • Toyuq budu -8 əd
  • Şampinion göbələk -300 qr
  • Soğan -3 əd
  • Kök- 1əd
  • Dəfnə yarpağı – 1əd
  • Yumru istiot -3 əd
  • Sarömsaq – 2 diş
  • Un- 1 x.q
  • Duru yağ -2 x.q
  • Xama- 100 qr
  •  Duz ,istiot

Hazırlanması

  1. Toyuğun budlarını yuyuruq , iti bıçakla kəsirik sümüyünü çıxardırıq.
  2. Sümükləri qazana qoyub üzərinə bir az su töküb qaynadırıq və köpüyünü yığırıq. Üzərinə yağı, doğradığımız soğanı , kökü ,dəfnə yarpağı, duz istiot əlavə edib 15 dəqiqə bişiririk. Bişdikdən sonra soyuduruq.
  3. Göbələyi yuyub doğrayırıq . Qalan soğanları doğrayıb tavada qızardırıq. Üzərinə doğranmış göbələk ,sarımsaq əlavə edib 10 dəqiqə bişirib odun üzərindən götürürüb soyuduruq.
  4. Hazırladığımız içliyi budların içinə yığıb ağzını iplə bağlayırıq.
  5. Tavaya yağ töküb budları şəkildə gördüyünüz kimi 5 dəqiqə qızardırıq və saxsı və ya şüşə qaba düzürük.
  6. Xamaya hazırladığımız bulyonu əlavə edib yaxşıca qarışdırırıq və budların üzərinə yayıb sobada 220 dərəcədə bişiririk.

Hakkında:  Bişirilməsi asan və ləzzətli yeməklərdən sayılır. Nuş olsun!

 

One Comment

  1. anonimka says:

    reseptlere gore cox sağolun

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10