
Göbələkli Toyuq Budu
Göbələkli Toyuq Budu
Ərzaqlar
- Toyuq budu -8 əd
- Şampinion göbələk -300 qr
- Soğan -3 əd
- Kök- 1əd
- Dəfnə yarpağı – 1əd
- Yumru istiot -3 əd
- Sarömsaq – 2 diş
- Un- 1 x.q
- Duru yağ -2 x.q
- Xama- 100 qr
- Duz ,istiot
Hazırlanması
- Toyuğun budlarını yuyuruq , iti bıçakla kəsirik sümüyünü çıxardırıq.
- Sümükləri qazana qoyub üzərinə bir az su töküb qaynadırıq və köpüyünü yığırıq. Üzərinə yağı, doğradığımız soğanı , kökü ,dəfnə yarpağı, duz istiot əlavə edib 15 dəqiqə bişiririk. Bişdikdən sonra soyuduruq.
- Göbələyi yuyub doğrayırıq . Qalan soğanları doğrayıb tavada qızardırıq. Üzərinə doğranmış göbələk ,sarımsaq əlavə edib 10 dəqiqə bişirib odun üzərindən götürürüb soyuduruq.
- Hazırladığımız içliyi budların içinə yığıb ağzını iplə bağlayırıq.
- Tavaya yağ töküb budları şəkildə gördüyünüz kimi 5 dəqiqə qızardırıq və saxsı və ya şüşə qaba düzürük.
- Xamaya hazırladığımız bulyonu əlavə edib yaxşıca qarışdırırıq və budların üzərinə yayıb sobada 220 dərəcədə bişiririk.
Hakkında: Bişirilməsi asan və ləzzətli yeməklərdən sayılır. Nuş olsun!
reseptlere gore cox sağolun