
Göbələklə dolma
Göbələklə dolma
Ərzaqlar
- 6-8 bolqar bibəri
- 500 qr şampinyon
- 2 dənə soğan
- 2 dənə pomidor
- 1 dənə kök
- 100 qr düyü
- 300 qr ət bulyonu
- 50 qr ketçup
- 50 qr zeytun yağı
- 1 dəstə cəfəri, 1 dəstə şüyüd
- duz, istiot
Hazırlanması
- Tavada xırda doğranmış göbələklə soğan zeytun yağında qızardılır.
- Sonra ona qabığı soyulmuş və xırda doğranmış pomidor, sürtgəcdən keçirilmiş kök və xırda doğranmış göyərtilər əlavə olunur və vam odda bişirilir.
- Axırda ona 3 xörək qaşığı ketçup, yarıbişmiş düyü və zövqə görə duz və istiot əvalə olunur və yaxşı qarışdırılır.
- Bir neçə dəqiqə qaynadıqdan sonra bu içlik kənara qoyulur və soyudulur.
- Bibər yuyulur və təmizlənir.
- Bibərə içlik doldurulur, divarları qalın olan qazana yığılır və üzərinə çıxana qədər bulyonla qarışdırılmış 2 x.qaşığı ketçup əlavə olunur.
- Yemək vam odda 30 dəqiqə ərzində bişirilir.
Hakkında: Balkanlara aid olan yemək növüdür
Nuş Olsun!
ən son şərh