Gavalılı Strasburq piroqu

Gavalılı Strasburq piroqu

Ərzaqlar

  • 1 yumurta

     

  • 200 qram un

     

  • 60 qram şəkər

     

  • 125 qram kərə yağı

     

  • İçi üçün:

     

  • 2 yumurta

     

  • 250 qram yumşaq kəsmik

     

  • 200 qram 20%-li xama

     

  • 50 qram kartof nişastası

     

  • 500-700 qram təzə gavalı

     

  • Darçın zovqə görə

     

  • 100 qram +2 xörək q. şəkər – gavalıların içi üçün

Hazırlanması

  1. Un, şəkər və kərə yağını bıçaq ilə döyün,  üzərinə yumurtanı əlavə edib xəmir edin.
  2. Üzərini strec ilə örtüb 30 dəqiqə soyuducuda saxlayın.

     

  3. 26 sm ölçülü qab götürün, onu yağlayın və un səpin.
  4. Xəmiri qaba  və qabın divarlarına  əl ilə yayın.
  5. Iç hazırlamaq üçün xamanı, kəsmiyi, şəkəri, 2 yumurtanın sarısını və nişastanı blendrlə çalın.
  6. Ayrı qabda 2 yumurtanın ağını mikser ilə yaxşı çalıb hazırladığınız içə əlavə edin.
  7. Gavalıları yuyun, başlarını kəsin, tumunu çıxardın və içinə yarım çay qaşığı şəkər ilə qarışdırılmış darçın səpin (və ya gavalıları dilim formasında kəsin və üzərinə şəkər ilə qarışdırılmış darçın əlavə edin).
  8. Gavalıları kəsikləri yuxarı olmaq şərti ilə xəmirin üzərinə düzün.
  9. Hazırladığınız içi gavalıların üzərinə əlavə edin.
  10. Əvvəlcədən isidilmiş sobada 180-200 dərəcədə 1 saat bişirin.

Nuş olsun!

Gavalılı Strasburq piroqu şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10