Gavalı İlə Pirojna

Gavalı İlə Pirojna

Gavalı İlə Pirojna

Ərzaqlar

  • 1 st. un
  • 1 yumurta
  • 1 st. qatıq
  • 0,5 st. şəkər tozu
  • 1 dolu ç.q. qabartma tozu
  • 1-2 x.q. bal
  • Kremi üçün:
  • 300 q qatı xama
  • 1/3 st. şəkər tozu
  • 1 ovuc qara gavalı
  • Bəzək üçün:
  • 100 q qovrulub xırdalanmış qoz

Hazırlanması

  1. Biskvitin ərzaqlarının hamısını qarışdırın.
  2. Bal əlavə edin. Əgər bal qatıdırsa, onu bir az əridin.
  3. Hamısını eynicinsli kütlə alınanadək mikserlə çalın.
  4. Xəmiri 22-24 sm diametrli kənarları açılan qaba tökün, 190 dərəcə qızdırılmış sobada təxminən 45 dəqiqə bişirin.
  5. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.
  6. Soyuyandan sonra ortadan iki bərabər yerə ayırın.
  7. Qara gavalını yuyub blenderdə xırdalayın, yaxud çox xırda doğrayın.
  8. Krem üçün xama ilə şəkər tozunu qarışdırıb mikserlə çalın.
  9. Stəkanla, yaxud başqa bir forma ilə korjlardan dairələr kəsin.
  10. Biskvitin artıqlarını blenderdə xırdalayın, pirojnaların üstünə vurmağa gərək olacaq.

Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, gavalılı pirojnanız yumşaq olacaq.Nuş olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10