futbol topu salati

futbol topu salati

“Futbol topu” salatı

Ərzaqlar

  • 200 q sevdiyiniz balıq növü
  • (qeyd edim ki, bu ətdən və toyuqdan da hazırlana bilər)
  • 400 q qaynadılmış kartof
  • 300 q pomidor
  • 2 ədəd yumurta
  • 2 ədəd balaca soğan ya da göy soğanın saplağı (şəkildə gördüyünüz kimi)
  • Duz
  • Mayonez
  • Üzərini bəzəmək üçün:
  • 3 ədəd yumurtanın ağı
  • Zeytun
  • Göyərti

Hazırlanması

  1. Balığı qızartdıqdan sonra qoyun qırağa, azca soyusun, sümüksüz yerindən salat üçün ayırırıq, çəngəllə gördüyünüz kimi açırıq.
  2. Pomidoru dördkünc formada doğrayırıq, kartofu, yumurtanı da doğrayırıq.
  3. Soğanı nazik-nazik, halqa şəklində doğrayıb hamısını bir qaba əlavə edirik ,azca duz və mayonez vururuq.
  4. İndi salatı bəzəməyə başlayaq, hazırladığımız qarışıqdan təpə düzəldirik.
  5. Yumurtanın ağını xırda-xırda doğrayırıq, təpənin üzərinə əlavə edirik.
  6. Zeytunları da xırda-xırda doğrayırıq və topun üzərindəki qara rəngli dairələri düzəldirik, sonunda isə göyərtidən qabın qıraqlarına yığırıq.

Hakkında:  Gözəl dizaynı olduğu üçün bu saalt uşaqıarın çox xoşuna gəlir.

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10