Frigo

Frigo

Frigo

Ərzaqlar

  • 1 litr süd
  • 1.5 su stəkanı şəkər
  • 2 şorba qaşığı qarğıdalı nişastası

     

  • 2-2.5 şorba qaşığı kakao
  • 2 şorba qaşığı un
  • 75 qram kərə yağı
  • 1 paket vanil
  • 80 qramlıq 1 paket südlü şokolad
  • Istəyə bağlı olaraq, üzərinə və ya içinə əlavə etmək üçün: 3 şorba qaşığı döyülmüş qoz-fındıq və ya qoz

Hazırlanması

  1. Qazana şəkər, nişasta, un, kakaonu əlavə edib bir az südlə əzərək qarışdırın.
  2. Ardından qalan südü də əlavə edib, pudinq kimi bişirin.
  3. Qaynamağa başlayınca altını söndürün.
  4. Içinə kərə yağı, vanil və şokoladı və ya istəsəniz qoz-fındıq da əlavə edib, qarışdıraraq yaxşıca əridin.
  5. 2 sm qalınlığında olacaq şəkildə düz qaba tökün.
  6. Yaxşıca soyuyunca buzluğa qoyun. Ən az 2 saat donsun.
  7. Yemədən 20 dəqiqə əvvəl buzluqdan çıxardıb bir az yumşaltmaq lazımdır, çünki çox sərt olur.
  8. İstəsəniz dilimləyərək qabda, istəsəniz də Alaska Frigo Buz kimi alüminium folyoya sarıb süfrəyə təqdim edəbilərsiniz.

Hakkında: Hazırlanması çox asan olan bu şirniyyatın dadını bəyənəcəyinizə əminik.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10