Fantaziya pirojnası
Ərzaqlar
- Tərkibi:
- 2 yumurta
- 400 qram şəkər
- 100 qram kərə yağı
- 3 xörək qaşığı xama
- 250 qram un
- 4 ədəd alma
- ½ paket qabartma ozu
- ½ paket vanil
- İçlik üçün:
- 300 qram kəsmik
- 2 yumurta
- 50 qram kərə yağı
- 125 qram şəkər
Hazırlanması
- 2 yumurta sarısını 200 qram şəkərlə mikserlə çalın.
- Üzərinə 100 qram kərə yağı, 3 xörək qaşığı xama, unu vanili əlavə edib xəmiri hazırlayın.
- İçiliyi hazırlamaq üçün 300 qram kəsmiyə 2 yumurta sarısı, 50 qram kərə yağı və 125 qram şəkər, vanili əlavə edib qarışdırın.
- Soba qabına xəmiri yayın və üzərinə içliyi hər tərəfə bərabər yaymaqla tökün.
- Almaları qabıqdan təmizləyin və sürtgəcin iri gözündən keçirdin.
- 4 yumurta ağını 200 qram şəkər ilə çoxlu çalın.
- İçliyin üzərinə əvvəl almanı sonra bizeni əlavə edib 25-30 dəqiqə bişirin.
Nuş Olsun!
ən son şərh