Evdə hazırlanma oreo peçenyeləri

Evdə hazırlanma oreo peçenyeləri

Ərzaqlar

  • peçenye üçün:
  • 125 gr normal un
  • 45 gr südü
  • 30 gr doşab vəya bal
  • 1/4 paket qabartma tozu
  • 1 çay qaşığı vanil
  • 80 gr şəkər
  • 30 gr kakao
  • 1/4 çay qaşığı duz
  • 45 gr zeytun yağı
  • Krem üçün:
  • 30 gr kərəyağı – otaq temperaturunda  yumşalmış
  • 30 gr zeytun yağı – çox duru  olduğu üçün soyuducuda saxlayıb qatılaşmalıdır və ya yumşaq kərəyağı
  • 60 gr pudra şəkəri
  • 1 çay qaşığı vanil

Hazırlanması

  1. Quru ərzaqları bir qaba qoyun.
  2. Ayrı bir qabda duruları qarışdırdıqdan sonra quruları əlavə edin.
  3. Əlinizlə xəmir halına gətirdikdən sonra streçlə sərib yarım saat soyuducuda saxlayın.
  4. Yarım saat sonra sobanızı 150 dərəcəyə qoyun.
  5. Xəmiri istədiyiniz qalınlıqda oxlov ilə açın.
  6. Stəkanla kəsin və yağlı kağızlı soba qabına yan yana düzüb 10 dəqiqə bişirin.
  7. Sobadan çıxanda onların yumşaq olması sizi aldatmasın, vaxt keçdikcə sərtləşəcək.
  8. 10 dəqiqə bişirmə vaxtını aşmamalıdır.
  9. Yağları 3 dəqiqə çaldıqdan sonra şəkəri əlavə edib çalmağa davam edirik.
  10. Vanili də əlavə etdikdən sonra krem hazırdır.
  11. Əgər çox durudursa, soyuducuda 10 dəqiqə saxladıqdan sonra qaşıq köməyi ilə peçenyelərə yayın.

Nuş olsun!

Evdə hazırlanma oreo peçenyeləri çay süfrələrini bəzəyir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10