Evdə hazırlanan ürək formalı marshmallow

Evdə hazırlanan ürək formalı marshmallow

Ərzaqlar

  • 21 gr toz jelatin (4 yemək qaşığı)
  • 240 ml (1 su stəkanı) su
  • 300 gr (1+1/2 su stəkanı) toz şəkər
  • 300 gr (1 su stəkanı) glükoza
  • Yarım çay qaşığı duz
  • 1 yemək qaşığı vanil
  • 80 gr (1/2 su stəkanı) pudra şəkəri (ikiyə bölünmüş)

Hazırlanması

  1. 2 ədəd boşqaba içlərinin hər yerini tutacaq şəkildə duru yağ tökün.
  2. Böyük mikser qabına jelatin və suyun yarısını (120 ml-yarım su stəkanı) tökün.
  3. qarışdırıb saxlayın.
  4. Dərin amma kiçik qazana və ya sous tavasına suyun qalanını, glikoz, toz şəkər və duzu tökün.
  5. Şəkər əriyənə qədər qarışdırın.
  6. Şəkər əriyəndə altını yandırın və qəti qarışdırmayın. qaynamaya başladıqdan 1 dəqiqə sonra qazdan götürün.
  7. jelatinli qaba əlavə edin.
  8. Hamısını tökdükdən sonra mikserinizlə 10 dəqiqə qarışım soyuyub ağ halda qabarana qədər qarışdırın.
  9. Vanili əlavə edin.
  10.  qarışdıkdan sonra yağlı boşqaba  marshmallowunuzu paylaşdırın.
  11. Üzərlərini düzləşdirin.
  12. Pudra şəkərinin yarısını (40 gr-1/4 su stəkanı) üzərlərinə səpin.
  13. Üzərini örtmədən soyuducuya qoyun və 3 saat saxlayın.
  14. Soyuducudan çıxarmadan əvvəl boşqaba pudra şəkərinin qalanını tökün.
  15. Ürək formalı qəliblərinizi duru yağ ilə yağlayın və sıxaraq ürəklər çıxarın, boşqaba qoyub üzərinə pudra şəkəri səpin.
  16. Ürək qəlibinizi yağlayın yoxsa yapışar.
  17. Sonrasında pudra şəkərinə bulayın.

Nuş olsun!

Evdə hazırlanan ürək formalı marshmallow çay saatlarınızın əvəzsiz şirniyyatıdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10