Evdə Hazırlanan Lazanya

Evdə Hazırlanan Lazanya

Evdə Hazırlanan Lazanya

Ərzaqlar

  • 400 qram çəkilmiş ət
  • 1 ədəd yerkökü
  • 2 ədəd soğan
  • 100 qram un
  • 50 qram pendir
  •  dəfnə yarpağı
  •  duz, istiot
  • 1 ədəd pomidor
  • 30 ədəd lazanya
  • 100 qram şərab
  • 2 diş sarımsaq
  • yarım dəstə cəfəri
  • 750 ml süd
  • 100 qram kərə yağı

Directions

  1. Lazanyanı qablaşdırılmada göstərildiyi qaydada hazır vəziyyətə gətiririk.
  2. Soğan xırda doğranıb yağda qızılı rəng alana kimi qovrulur, sonra kök sürtgəcdən keçirilib əlavə edilir.
  3. Hazır olmuş lazanyanı mətbəx dəsmalının üstünə qoyub üzərinə bir dəsmal yenə qoyuruq, beləcə sudan çıxarırıq.
  4. İçlik hazır olana kimi gözlədirik.
  5. Qızardılmış soğana xırda doğranmış bibər əlavə edib 5-7 dəqiqə qovururuq.
  6. Ət və şərabı əlavə edirik.
  7. Pomidoru sürtgəcdən keçiririk, ətə əlavə edib suyu çəkilənədək qovururuq.
  8. Cəfərini və sarımsağı xırda doğrayıb əlavə edirik.
  9. Lazanya üçün lazım olan beşamel sousunu hazırlayırıq. Unu tavaya töküb yağda qovururuq.
  10. Ən zəif oda qoyub südü, duzu, istiotu, dəfnə yarpağını əlavə edib, qarışdırırıq, qaynayan kimi götürürük.
  11. Holland pendirini əlavə edib qarışdırırıq, sousumus hazırdır
  12. Lazanya, içlik, sous, əlavəsi ilə bir neçə lay hazırlayırıq.
  13. Ən üst qata sous və pendir əlavə edirik, 180 dərəcədə 30 dəqiqə, üstü qızaranadək sobada saxlayırıq.

Nuş Olsun!

 

One Comment

  1. kamal harada? niyə yorum etməmiş buna.elmali dart a huşunu itirər o. Bu vaxt bunun dnumorda ilə yenilənə var idi. O da mənim bir numaram..

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10