
Evdə hazırlanma oreo peçenyeləri
Ərzaqlar
- peçenye üçün:
- 125 gr normal un
- 45 gr südü
- 30 gr doşab vəya bal
- 1/4 paket qabartma tozu
- 1 çay qaşığı vanil
- 80 gr şəkər
- 30 gr kakao
- 1/4 çay qaşığı duz
- 45 gr zeytun yağı
- Krem üçün:
- 30 gr kərəyağı – otaq temperaturunda yumşalmış
- 30 gr zeytun yağı – çox duru olduğu üçün soyuducuda saxlayıb qatılaşmalıdır və ya yumşaq kərəyağı
- 60 gr pudra şəkəri
- 1 çay qaşığı vanil
Hazırlanması
- Quru ərzaqları bir qaba qoyun.
- Ayrı bir qabda duruları qarışdırdıqdan sonra quruları əlavə edin.
- Əlinizlə xəmir halına gətirdikdən sonra streçlə sərib yarım saat soyuducuda saxlayın.
- Yarım saat sonra sobanızı 150 dərəcəyə qoyun.
- Xəmiri istədiyiniz qalınlıqda oxlov ilə açın.
- Stəkanla kəsin və yağlı kağızlı soba qabına yan yana düzüb 10 dəqiqə bişirin.
- Sobadan çıxanda onların yumşaq olması sizi aldatmasın, vaxt keçdikcə sərtləşəcək.
- 10 dəqiqə bişirmə vaxtını aşmamalıdır.
- Yağları 3 dəqiqə çaldıqdan sonra şəkəri əlavə edib çalmağa davam edirik.
- Vanili də əlavə etdikdən sonra krem hazırdır.
- Əgər çox durudursa, soyuducuda 10 dəqiqə saxladıqdan sonra qaşıq köməyi ilə peçenyelərə yayın.
Nuş olsun!
Evdə hazırlanma oreo peçenyeləri çay süfrələrini bəzəyir.
ən son şərh