Düyülü, göbələkli toyuq kotletləri

Düyülü, göbələkli toyuq kotletləri

Düyülü, Göbələkli Toyuq Kotletləri

Ərzaqlar

  • 1,8-2 kq-lıq toyuq
  • 1 yumurta
  • 4 dilim ağ tost çörəyi (qabıqsız)
  • 1 iri diş sarımsaq
  • 3-4 budaq şüyüd
  • duz və qara istiot (zövqə görə)
  • narın suxarı

iç üçün:

  • 1 iri baş soğan
  • 200 q şampinyon
  • 150 q bişmiş düyü
  • duz və qara istiot (zövqə görə)

Hazırlanması

İç:

  1. soğanı xırda, şampinyonu lay-lay doğrayın.
  2. Tavada orta itilikdə ocaqda 2 x.q. bitki yağını qızdırın. Soğanı qarışdıra-qarışdıra 4 dəqiqə bişirin.
  3. Göbələk əlavə edin, qarışdıraraq yumşalınca bişirin.
  4. Düyünü, duz və istiotu əlavə edib qarışdırın. Ocaqdan götürün.
  5. Toyuğun ətini sümükdən ayırın, blenderdən keçirin, yumurta, göyərti, sarımsaq və xırdalanmış çörək əlavə edin, xırdalayın.
  6. Duz, istiot vurun. Blender yoxdursa, əti ət maşınından keçirin, sonra süddə isladılmış çörək və digər inqredientlərlə qarışdırın.
  7. (Hazır toyuq qiyməsi varsa, ondan da istifadə edə bilərsiniz).
  8. Qiymədən götürüb əlinizin içində yastılayın, ortasına iç qoyub qıraqlarını bükün.
  9. Kotletləri suxarıya batırın.
  10. Tavanı orta itilikdə ocağın üstünə qoyun, 3-4 x.q. bitki yağını qızdırın, kotletləri içinə düzüb hər iki üzünü təxminən 6-7 dəqiqə bişirin.
  11. Bir üzünü çevirəndən sonra tavanın qapağını örtüb elə bişirin.

Hakkında: Çox ləziz və damaq dadınıza uyğunolacaq yeməklərdəndir.

Nuş Olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10