
Düyülü, göbələkli toyuq kotletləri
Düyülü, Göbələkli Toyuq Kotletləri
Ərzaqlar
- 1,8-2 kq-lıq toyuq
- 1 yumurta
- 4 dilim ağ tost çörəyi (qabıqsız)
- 1 iri diş sarımsaq
- 3-4 budaq şüyüd
- duz və qara istiot (zövqə görə)
- narın suxarı
iç üçün:
- 1 iri baş soğan
- 200 q şampinyon
- 150 q bişmiş düyü
- duz və qara istiot (zövqə görə)
Hazırlanması
İç:
- soğanı xırda, şampinyonu lay-lay doğrayın.
- Tavada orta itilikdə ocaqda 2 x.q. bitki yağını qızdırın. Soğanı qarışdıra-qarışdıra 4 dəqiqə bişirin.
- Göbələk əlavə edin, qarışdıraraq yumşalınca bişirin.
- Düyünü, duz və istiotu əlavə edib qarışdırın. Ocaqdan götürün.
- Toyuğun ətini sümükdən ayırın, blenderdən keçirin, yumurta, göyərti, sarımsaq və xırdalanmış çörək əlavə edin, xırdalayın.
- Duz, istiot vurun. Blender yoxdursa, əti ət maşınından keçirin, sonra süddə isladılmış çörək və digər inqredientlərlə qarışdırın.
- (Hazır toyuq qiyməsi varsa, ondan da istifadə edə bilərsiniz).
- Qiymədən götürüb əlinizin içində yastılayın, ortasına iç qoyub qıraqlarını bükün.
- Kotletləri suxarıya batırın.
- Tavanı orta itilikdə ocağın üstünə qoyun, 3-4 x.q. bitki yağını qızdırın, kotletləri içinə düzüb hər iki üzünü təxminən 6-7 dəqiqə bişirin.
- Bir üzünü çevirəndən sonra tavanın qapağını örtüb elə bişirin.
Hakkında: Çox ləziz və damaq dadınıza uyğunolacaq yeməklərdəndir.
Nuş Olsun!
ən son şərh