
düsbərə
Düşbərə
Ərzaqlar
- 2 st un
- 100q ət
- 1 baş soğan
- Keşniş, şüyüt
- Azərduz yodlu narın xörək duzu, istiot
- 1 ədəd “Bizim Tarla” doğranmış soyulmuş pomidoru
Hazırlanması
- Ətin hazırlanması:
Soğani və əti maşında çəkirik.Üzərinə duz istiot əlavə edib qarışdırırıq. - Xəmrin hazırlanması:
Unun üzerinə su və duz əlavə edirik.Yumurlayıb yayırıq. Yayma şəklində olan xəmiri xırda-uzunsov kəsirik. Və kəsdiymiz xəmirlərə ət qoyuruq.Çalışın xəmir bərk olsun.bükəndə asant olsun. Sonra düşbərələri bükürük.papaq şəklində.ya da üzü yuxarı bükürük. Suyu qaynadıb üzerine duz əlavə edirik.Duzdan sonra yayda,təzə pomidor vaxtı 1 pomidorda əlavə etseniz çox dadlı olar.
Birdə onu qeyd edim ki əgər çox hazır etmisinizsə heç bir qorxusu yoxdu.Soyuducuda istədiyniz qədər bükülmüş,suya atılmamış saxlaya bilərsiz.
Nuş olsun!
Hakkında: Azərbaycanın sevimli şorbalarından olan Düşbərə Bakı bölgəsin aiddir.
ən son şərh