dovga

dovga

Dovğa

Azərbaycanın milli xörəklərindən biridir.

Ərzaqlar

  • 3 lt qatıq
  • 1 ədəd yumurta
  • 2 x.q un (dolu olmasın)
  • 1/2 st yumru düyü
  • 4 dəstə göyərti (1 dəstə ispanaq, 2 dəstə keşniş,
  • 1 dəstədən az şüyüd, 1 dəstədən az nanə,)
  • (əgər nanə olmasa, quru nanədən də istifadə edə bilərsiniz)
  • Duz (zövqə görə)

Qeyd: Azərbaycan mətbəxində dovğaya zövqə görə müxtəlif göyərtilər vurulur: İspanaq, turşəng, kəvər, keşniş, şüyüd, dağ keşnişi, nanə, kərəviz, şirin bibər yarpağı, ağ cuğundur yarpağı, cincilim, tərpətöyün, sarımsaq  yarpağı, quzu qulağı və s. Bu göyərtilərə görə də dovğaların təamları müxtəlif  olur.

Hazırlanması

  1. Göyərtiləri təmizləyib yuduqdan sonra xırda doğrayırıq. Qatığa yuyulmuş düyünü, yumurtanı, unu və az duzu əlavə edib, setka qaşıqla çalırıq. Setka qaşıqla çaldıqda qatıq yaxşı açılır. Qatığa təxminən öz ölçüsü qədər su tökürük.
  2. Hazırladığımız ayranı qazın üstünə qoyuruq. Taxta qaşıqla qarışdırırıq. Düyü bişəndə ayran yavaş- yavaş qaynamağa başlayanda göyərtini tökürük və qarışdırırıq. Göyərtini tökdükdən sonra zövqə görə duzunu da əlavə edirik və  təxminən 15-20 dəqiqə də qarışdırıb götürürük. (Əgər quru nanə tökmək istəyirsinizsə onda quru nanəni göyərtini tökdükdən sonra əlavə etmək lazımdır).
  3. (Dovğaya istəsəniz zövqə görə az kərəviz qurusu da tökə bilərsiniz. Onda daha da ləzzətli olur)

Hakkında:  Azərbaycanın milli mətbəxinin sevilən şorbalarından olan dovğa hər bölgədə fərqli bişirilir və zövgə görə soyuq və ya isti yeyiləbilər.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10