Dondurulmuş mokko deserti

Dondurulmuş mokko deserti

Ərzaqlar

  • 396 qram bişmiş süd

     

  • 2 su stəkanı 33-35%-li qaymaq

     

  • 1 paket vanil

     

  • 1 xörək q. su

     

  • 2 xörək q. üyüdülmüş kofe

     

  • 6 xörək q. şokolad şirəsi

     

  • 3 xörək q. kərə yağı

     

  • 226 qram yağlı pendir (maskorponi də ola bilər)

     

  • 20 ədəd şokoladlı peçenye

Hazırlanması

  1. Dördkünc qab götürün və içinə qida kağızı qoyun.
  2. Peçenyeləri ovaraq yağla qarışdıırın.
  3. Qaba töküb hamarlayın.
  4. Yağlı pendiri mikserlə çalın.
  5. Bişmiş süd və vanil əlavə edin.
  6. Qaymağı da başqa qabda mikserlə çalın və bişmiş südlü yağlı pendirə əlavə edin.
  7. Bu qarışığı 2 hissəyə bölün.
  8. Kofeni 1 xörək q. qaynar suda qarışdırın və 2 hissəyə böldüyünüz qarışığın birinə qatıb qarışdıırn.
  9. Peçenyenin üstünə əvvəlcə kofeli qarışıqdan, sonra  şokolad siropundan töküb qarışdırın.
  10. Sonra növbə ilə ağ qarışıqdan, kofeli qarışıqdan və üstündən şokolad şirəsindən tökün.
  11. 6 saat soyuducuda saxlayın.
  12. Deserti serviz edəndə qaynar suda isladılmış piçaq ilə kəsin

Nuş olsun!

Dondurulmuş mokko deserti çox dadlı şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10