Dondurmalı trufel

Dondurmalı trufel

Ərzaqlar

  • 500 qram çiyələkli dondurma
  • 350 qram ağ şokolad
  • 55 qram tünd şokolad
  • 55 qram doğranmış qoz ləpəsi

Hazırlanması

  1. Dondurmadan çay qaşığı ilə götürüb balaca qoz formasında bir qaba qoyub buz dolabına qoyun və donmasını gözləyin.
  2. Ağ şokoladı xırda hissələrə bölün və su vannasında əriməsini gözləyin.
  3. Başqa bir qaba yağlı kağız qoyun.
  4. Qoz formasında dondurma trufelləri ağ şokoladda fırladıb bir-birindən aralı məsafədə qaba yığın və 1saat soyuducuda donmasını gözləyin.
  5. Tünd şokoladı da ağ şokolad formasında su vannasında əridin.
  6. Trufellərin üzərinə tökün.
  7. Üstünə doğranmış qoz səpin və buz dolabına donmağa qoyun.

Nuş olsun!

Dondurmalı trufel şirniyyatı asan hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10