
Dondurmalı Tort
Dondurmalı Tort
Ərzaqlar
- 4 yumurta
- 1 stəkan un
- 1 stəkan şəkər tozu
- 2 xörək qaşığı kakao
- 1 paket qabartma tozu
- 1 paket “krem-şanti”
- 1 stəkan süd
- 500 qram şokoladlı dondurma
- 1 çay qaşığı qəhvə (döyülməmiş)
- 1 stəkan isti su
- Vanil
Hazırlanması
- Yumurtaları qırın, şəkər tozunu əlavə edərək çırpın.
- Ayrı bir qabda unu, qabartma tozu, kakao və vanili qarışdırın, yoğurun.
- Qarışığı yuvarlaq qaba tökün, 170 dərəcə isidilmiş sobada 15 dəqiqə bişirin. Sobanın temperaturunu 150 dərəcəyədək aşağı salıb sonadək bişirin.
- Bişmiş içliyi üç bərabər hissəyə ayırın, yuvarlaq tort çəmbərinə qoyun.
- Daha sonra krem üçün süd və “krem-şanti”ni qarışdırın, qabarana qədər çırpın, şokoladlı dondurmanı əlavə edib qarışdırın.
- Qəhvə dənələri və şəkər tozunu isti su ilə qarışdırıb tort içliyinin üstünə sürtün, dondurmalı şantinin bir qismini əlavə edin və yayın.
- Tortun ikinci hissəsini ilk hissənin üzərinə qoyun, əvvəlki prosesi təkrarlayın.
- Sonda üçüncü hissəni qoyun, üzərinə krem-şantini sürtün, dənəvər şokolad və qəhvəni səpin, bəzəyin.
- Sonra alınmış tortu souyuducunun buzluğuna qoyun, sərtləşəndə çıxarın və süfrəyə verin.
Nuş Olsun!
Hakkında: Bu tort yay fəslinin ən sevilən şirniyyatlarından sayılır.
ən son şərh