Dondurmalı moruqlu tort

Dondurmalı moruqlu tort

Ərzaqlar

  • 300 qram moruq sorbeti

     

  • 300 qram vanilli dondurma

     

  • 175 qram moruq (təzə və ya dondurulmuş)

     

  • 100 qram ovulan peçenye

     

  • 50 qram şəkər tozu

Hazırlanması

  1. Diametri 20 sm olan qaba yağlı kağız qoyun və qabı soyuducuya qoyun.
  2. Dondurma və moruq şirəsini soyuducudan götürüb 5 dəqiqə saxlayın ki, yumşalsın.
  3.  Vanilli dondurmanı çalın və moruq meyvəsini əlavə edin.
  4. Moruq şirəsini qaba tökün.
  5. Üzərinə moruqlu dondurmanı əlavə edin və hamarlayın.
  6. Üzərinə ovulmuş peçenye səpin.
  7. Üstünü falqa ilə örtüb 3 saat buz dolabında saxlayın.
  8. Donduqdan sonra dondurmalı moruqlu tortu buz dolabından götürün və üzü aşağı əyib nimçəyə qoyun. Moruq ilə bəzəyib üzərinə şəkər tozu səpin.

Nuş olsun!

Dondurmalı moruqlu tort şirniyyatı həm dondurma, həm də şirniyyat sevənlər üçün əla fürsətdir.

 

 

2 Comments

  1. vaauu cox superdi

  2. vaau coxsuperdi

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10