Dondurmalı alyaska tortu

Ərzaqlar

  • Tərkibi:
  • 4 yumurta
  • 1 su stəkanı şəkər
  • 1 su stəkanı un
  • ½ paket qabartma tozu
  • ½ paket vanil
  • Krem üçün:
  • 500-600 qram plambir dondurma
  • Bizeli krem üçün:
  • 1 su stəkanı şəkər
  • 5 yumurta
  • 1 paket vanil
  • 1 stəkan dəmlənmiş kofe
  • 1 çay qaşığı qarğıdalı nişastası

Hazırlanması

  1. Biskviti hazırlamaq üçün yumurta sarısın ağdan ayırın.
  2. Sarını şəkərlə mikserlə çalın.
  3. Yumurta ağın da köpük halınadək çalın və sarıya əlavə edin.
  4. Unu qabartma tozu və vanillə qarışdırıb yumurtaya əlavə edin.
  5. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.
  6. Xəmiri soyuduqdan sonra 2 hissəyə bölün.
  7. Korjları dəmlənmiş kofe ilə isladın.
  8. Dondurmanı korjun üsdünə yayın və o biri korjı üsdünə qoyun.
  9. Bizeli kremi hazırlamaq üçün yumurta ağın sarıdan ayırın.
  10. Ağı mikserlə köpük halınadək çalın və şəkəri, vanili və nişastanı əlavə edib çalmağa davam edin.
  11. Hazır bizeni tortun üsdünə və hər təfəfinə tökün.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10