
Dilbər Dodağı
Dilbər Dodağı
Ərzaqlar
- 2 ədəd yumurta
- 3 xörək qaşığı qatıq
- 1 paket marqarin
- 1 su stəkanı zeytunyağı
- 1 çay qaşığı qabartma tozu
- 1 kg yaxın un
- 250 qr qozŞərbəti üçün:
- 2,5 su stəkanı şəkər
- 1/2 limon şirəsi
- su
Hazırlanması
- Bir paket marqarini əridib suyunu çəkməsini gözləyin.
- Unu hovuz kimi açaraq içinə zeytun yağı, marqarin , yumurta , qatıq və karbonat qoyun.
- Xəmir halına gətirin.
- Xəmir yumşaq konsistensiyasına gələnə qədər yoğurun.
- Daha sonra xəmiri üçə bölüb, oxlovla açın.
- Əzdiyimiz qozları xəmirin üzərinə yayıb rulet edib oxlovla təzəldən açın.
- Stəkanla dairə şəklində kəsin.
- Kəsdiyiniz parçaların iki ucunu birləşdirin.
- Yağlanmamış nimçəyə düzüb, sobaya qoyun.
- Çıxartdığınızda üzərinə soyuq şərbət tökün.
- Şərbət üçün: 2,5 su stəkanı şəkəri , üzərini bir barmaq qədər keçən suyla qanadın.
- Qaynadıqdan sonra 5 dəqiqə gözlədib yarım limonu içinə sıxın.
- Daha sonra dilbər dodağının üzərinə şərbəti tökün.
Hakkında: dilbər dodağı asan hazırlanan şirniyyatdır. Nuş Olsun!
ən son şərh