Darçınlı şaftalılı tort

Darçınlı şaftalılı tort

Ərzaqlar

  • 500 qram şaftalı və ya ərik

     

  • 220 qram un

     

  • 150 qram şəkərsiz yoqurt

     

  • 2 yumurta

     

  • 160 qram kərə yağı

     

  • 1 çay q. qabartma ozu

     

  • 1 çimdik duz

     

  • 1 çay q. üyüdülmüş darçın

     

  • Üzərinə:

     

  • Şəkər tozu

Hazırlanması

  1. Yumşaldılmış kərə yağını, şəkər, darçın və yumurtanı bir massa alınana qədər çalın.
  2. Sonra duz, unla qarışdırılmış qabartma tozunu  və yoqurtu əlavə edib yaxşı qarışdırın.
  3. Soba qabını yağlayın və un səpin.
  4. Xəmirin yarısını qaba tökün.
  5. Şaftalıları yuyun, tumlarını təmizləyin və dilim formasında doğrayın.
  6. Şaftalıları xəmirin üstünə düzün və qalan xəmiri əlavə edin.
  7. Əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada 50 dəqiqə bişirin.
  8. Hazır olduqda  soyuduqdan sonra üzərinə darçınla qarışdırılmış şəkər tozu səpin.

Nuş olsun!

Darçınlı şaftalılı tort həm darçın, həm də meyvə sevənlər üçün əla seçimdir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10