Darçınlı boranılı piroq
Ərzaqlar
- 400 qram un
- 250 qram kərə yağı
- 3 yumurta
- 900 qram boranı
- 200 qram şəkər tozu
- 200 qram 30 %li qaymaq
- 1 çay qaşığı darçın
- 1 paket vanil
Hazırlanması
- Xəmiri hazırlamaq üçün bir qab götürün, yağ və unu əllə umac halına gətirin.
- Yumurtaları, darçını əlavə edin və yumşaq xəmir hazırlayın.
- Xəmirin üstün hər hansı dəsmal ilə örtün və 30 dəqiqə soyuducuda saxlayın.
- Boranının qabığın soyun, tumun təmizləyin və düzbucaq formasında doğrayın.
- Bir qazana yiğin və üstünə 1 su stəkanı su töküb qazda suyu çəkilənə qədər bişirin və soyuduqdan sonra blenderlə əzin.
- 30 sm diametrli soba qabına xəmiri əllə elə yayın ki, yanları 1 sm hündür alınsın.
- Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.
- Boranını şəkər yumurta və qaymağ ilə mikserlə çalın və xəmirin içinə əlavə edib 50 dəqiqə bişirin.
- Soyuduqdan sonra serviz edə bilərsiniz.
Nuş Olsun!
ən son şərh