Darçınlı almalı keks

Darçınlı almalı keks

Ərzaqlar

  • 125 qr marqarin vəya kərəyağ
  • 125 qr şəkər ( bir su stəkanından 2 barmaq əskik şəkər)
  • 200 qr un ( 2 su stəkanı )
  • 3 yumurta
  • 6 iri alma (almalar kiçik olarsa 8 ədəd)
  • 1 paket qabartma tozu və vanil
  • 3 yemək qaşığı süd
  • 1 yemək qaşığı toz şəkər və darçın (qarıştırıb almaların üzərinə səpiləcək)
  • Üzərinə ələmək üçün
  • Yarım çay stəkanı pudra şəkəri

Hazırlanması

  1. Əvvəlcə almaları yuyub, soyub dördə bölürük.
  2. İçlərini təmizləyirik
  3. . Sonra dilimlərin üzərini ucu sivri bir bıçaqla incə incə cızırıq.
  4. əvvəlcə yumurta və şəkəri çırpırıq
  5. . Yağ, un, qabartma tozu, vanil və südü əlavə edib keksi hazırlayırıq.
  6. Yağlı kağız yaydığımız dairəvi qaba tökürük.
  7. Keksi ortasından kənarlara doğru çəkirik.
  8. almaları birbirinə dəyəcək şəkildə keksin üzərinə sıralı şəkildə düzürük.
  9. almaların üzərinə də toz şəkər və darçın qarışımını səpirik.
  10. 180 dərəcədə içi çiy qalmayacaq şəkildə keksi bişiririk.
  11. Sobadan çıxardığımız keksin üzərinə soyuyanda pudra şəkəri səpirik.

Nuş olsun!

Darçınlı almalı keks darçın sevənlərin əsl ağız dadına uyğun şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10