Damla şokoladlı ərikli tort

Damla şokoladlı ərikli tort

Ərzaqlar

  • 500 ml süd
  • 70 gr pudra şəkəri
  • 1 ədəd çubuq vanil
  • 60 gr quru ərik
  • 80 gr qarğıdalı unu
  • 3 yumurta
  • 60 gr damla şokolad

Hazırlanması

  1. Qabı biraz kərəyağ ilə yağlayın.
  2. qaba kəsdiyiniz yağlı kağızı yapışdırın.
  3. Ərikləri kvadrat formada doğrayın.
  4. Vanil çubuğunu ortadan uzunlamasına kəsin və içindəki vanil toxumlarını bıçağınızla sıyırın.
  5. Sobanızı 160 dərəcədə isidin.
  6. Orta boy bir qazana süd, vanil çubuğu (həm çubuğu həm toxumları ilə birliktə), şəkərin yarısını tökün.
  7. Ərikləri də əlavə edin.
  8. Qaynamağa başlayanda yavaş yavaş qarğıdalı ununu əlavə edin.
  9. 5 dəqiqə qazda südün yarısını çəkənəcən qarışdıraraq bişirin.
  10. Altını söndürüb soyumağa qoyun.
  11. Bir qabda yumurtaları pudra şəkərinin digər yarısı ilə qarışdırın.
  12. Qarğıdalı unu qarışımı əlavə edin və qarışana qədər 1-2 dəqiqə qarışdırın.
  13. Qabınıza tökün.
  14. Üzərinə damla şokoladlarını səpin və sobaya qoyun.
  15. 30 dəqiqə bişirdikdən sonra sobadan çıxarın.
  16. Soyuduqdan sonra təzə meyvələr və sous ilə servis edə bilərsiniz.

Nuş olsun!

Damla şokoladlı ərikli tort damla şokoladlı çox ləzzətli tortdur..

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10