Dəvə Dabanı Paxlavası

Dəvə Dabanı Paxlavası

Dəvə Dabanı Paxlavası

Ərzaqlar

  • 1 çay stəkanı zeytunyağı
  • 2 çay stəkanı su
  • 2-3 damla limon
  • kifayət edəcək qədər un (Yumşaq bir xəmir üçün )Açmaq üçün :
  • 1 paket nişasta
  • 1 çay stəkanı un İçi üçün :
  • 1 su stəkanı çəkilmiş qoz Üzəri üçün:
  • 250 qr kərə yağı ( qızdırılmış ) Şərbəti üçün:
  • 2 su stəkanı şəkər
  • 1 su stəkanından bir az çox su
  • 5 damla limon şirəsi

Hazırlanması

  1. Zeytunyağı , su və limon suyunu qarışdırıb içinə unu yavaş yavaş əlavə edin.
  2. Əllə qarışdırın.
  3. Un əlavə edərək çox sərt olmayan xəmir yoğurun.
  4. 20 dəqiqə üzərinə dəsmal örtüb xəmiri saxlayın.
  5. Xəmirdən 12 ədəd qozdan bir az böyük toplar qoparın.
  6. Üzərinə nişastalı un qarışığı səpin.
  7. Oxlov ilə bazar lavaşından bir az daha böyük nişastalı un köməyi ilə yuxa açın.
  8. Hər bir lavaşı kənarlarından ortaya doğru dörd bir kənarından toplayın.
  9. Ortadakı büzülmüş hissəyə qoz qoyub, uc hissəsindən ortaya doğru bağlayın.
  10. Üzərinə qızdırılmış kərəyağını tökərək sobaya qoyun.
  11. Qızardıqdan sonra sobadan götürün.
  12. İstiliyi getdikdən sonra ilıq şərbəti üzərinə töküb süfrəyə təqdim edin.

Hakkında: dəvə dabanı asan hazırlanan şirniyyatdır.  Nuş Olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10