Dəniz duzlu və ballı dondurma

Dəniz duzlu və ballı dondurma

Ərzaqlar

  • 2 fincan çalınmış krem

     

  • 1 banka şəkərli qatılaşdırılmış süd

     

  • ¼ fincan bal + 1 yemək qaşığı bəzək üçün + arzu olunarsa biraz daha servis üçün

     

  • ½ çay qaşığı dəniz duzu

Hazırlanması

  1. Kremi bir kasaya tökərək əvvəlcə yavaş sürətlə mikserlə çalmağa başlayın, sonra sürəti artırın. Krem tamamən sərt forma alanacan 2 dəqiqə ərzində çalın. Kremi əl ilə də çala bilərsiz, lakin bunun üçün çox güc sərf etməli olacaqsınız.
  2. Spatulanin köməyi ilə qatılaşdırılmış südü, ¼ fincan balı və ½ çay qaşığı dəniz duzunu kremin üzərinə əlavə edib bir- birinə tamamən hopanacan qarışdırın. Hava keçirməyən bir qaba töküb üstünə bir yemək qaşığı bal əlavə etdikdən sonra ağzı bağlı şəkildə dondurucuya qoyun.
  3. 6 saat ərzində qatılaşanacan dondurun.
  4. Dondurma qaşığının köməyilə qablara tökün. Servis zamanı arzu olunarsa biraz balı dəniz duzuyla qarışdırıb üzərinə əlavə edə bilərsiniz.

Nuş Olsun!

Dəniz duzlu və ballı dondurma hamınızın bəyənəcəyi şirniyyatdır.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10