
Çuçvara
Çuçvara
Ərzaqlar
Içi üçün:
- 500 q qoyun əti
- 250 q quyruq
- 350 q baş soğan
- keşniş toxumu
- qara istiot
- zirə
- keşniş,
- reyhan,
- nanə (istəyə görə) qurusu
Xəmiri üçün:
- 5 yumurta
- 1 st. su
- duz
- 700-1000 q un (artıq da ola bilər)
Hazırlanması
- İç üçün olan ərzağı qarışdırın. Bunu artırıb-azalda da bilərsiniz.
- Əsas odur ki, 1 hissə qoyun ətinə yarım hissə quyruq götürəsiniz, soğan da bol olmalıdır.
- Duz, yumurta, su və undan xəmir yoğurun. Xəmir bərk olmalıdır.
- Qida plyonkasına bükün, 30-40 dəqiqə saxlayın, sonra bir dəfə də ətləyin.
- Nazik yayın. Tərəfi 2,5 sm olan kvadratlara bölün. İçdən xırda-xırda hər kvadratın ortasına qoyub bükün.
- Cəld tərpənmək lazımdır, çünki xəmir quruyanda yapışmır. Ən yaxşısı – köməkli bükməkdir. Bükmək də asandır. Əvvəlcə diaqonal üzrə qatlayın (baş yaylığı kimi). Qıraqlarını bərkidin.
- Sonra altdakı (enli tərəfdəki) iki qırağı çeçələ barmağınızın ətrafına keçirib bərkidin. Hazırdır.
Sous:
- Yağda soğanı qovurun, sarıkök, sarımsaq, yerkökü, zirə və keşniş toxumu əlavə edin.
- Doğranmış, yaxud sürtgəcdən keçirilmiş pomidor əlavə edib Şirin bibəri doğrayıb əlavə edin.
- Kərəviz, göyərti qurusu da qatın. Özbəklər “cambul” adlı göyərtidən istifadə edirlər.
- Amma olmayanda dağ kəkotusundan istifadə etmək olar.
- Azca bulyon (yoxdursa, su) əlavə edin, ocağı azaldın, qaynara düşəndə isə ocaqdan götürüb ağzına qapaq qoyun.
- Düşbərəni yaxşı olar ki, bulyonda bişirəsiniz.
- Qazanı su ilə doldurub ocağın üstə qoyun.
- Soğanı və yerkökünü xırda doğrayın, dəfnə yarpağı, dənəvər istiot, duz əlavə edin.
- Qaynara düşəndə düşbərəni salın.
- Əvvəlcə kasalara sous çəkin. Sonra düşbərələri qoyun.
- Düşbərənin bişdiyi bulyondan əlavə edin.
- Üzərinə xırda doğranmış göy soğan, başqa sevdiyiniz göyərti səpin. Nuş olsun.
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.
ən son şərh