Çörək Börəyi

Çörək Börəyi

Ərzaqlar

  • 1.5 çörək və ya 1 paket tost çörəyi (çörəklər bayat olmalıdır)
  • 3 yumurta
  • 1.5 litr süd
  • 10 dilim yağsız pendir
  • 2 xörək qaşığı ərinmiş marqarin

Hazırlanması

  1. Normal çörək istifadə edirsinizsə üz hissələrini çıxarın və çox incə olmayacaq şəkildə dilimləyin.
  2. Tost çörəyi istifadə edirsinizsə kənarlarını kəsin.
  3. Çörəklərin yarısını istiliyə davamlı şüşə qaba düzün.
  4. Üzərinə bir az əridilmiş marqarin töküb yağsız pendir dilimlərini qoyun.
  5. Pendirin üzərini yenə çörək dilimləriylə bağlayıb bir az daha yağ gəzdirin.
  6. 3 yumurtanı südlə çırpıb çörəklərin üzərinə tökün.
  7. 24 saat soyuducunda gözlədin.
  8. Əvvəldən isitdiyiniz sobada üzəri qızarana qədər bişirin.
  9. Sobadan çıxar çıxmaz isti olaraq süfrəyə verin.
  10. Qeyd: İstifadə etiyiniz çörəyin kənarlarını atmayın. Sobada qızartdıqdan sonra çörək qırıntılarını  galeta unu olaraq istifadə edə bilərsiniz.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10