Çizkeyk

Çizkeyk

Çizkeyk

Ərzaqlar

  •  1,25 kq yağsız kəsmik
  •  200 q suxarı
  •  400 q şəkər tozu
  •  100 ml qaymaq
  •  150 q kərə yağı
  •  6 yumurta + 2 yumurtanın sarısı
  •  40 q nişasta
  •  1 limonun sedrası (qabığı)
  •  0,5 ç.q. duz
  •  giləmeyvə (bəzək üçün)

Hazırlanması

  1. Suxarını mətbəx kombaynında xırdalayıb 150 q şəkər tozu və su hamamında əridilmiş kərə yağı ilə qarışdırın. Perqament döşənmiş siniyə töküb bərabər qaydada yayın.
  2.  Kəsmiyi nişasta ilə qarışdırın. Mikserlə 6 yumurta və 2 yumurta sarısını qalan şəkər tozu, duz və limon sedrası ilə çalın. Qaymağı ayrıca çalıb buna əlavə edin. Eynicinsli qarışıq alınana qədər qarışdırın.
  3.  Sinidəki xəmirin üzərinə yayın. Üzərini hamarlayın. 180 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin.
  4. Çizkeykin qıraqları bişib ortası isə hələ “titrəyən” vaxt sobanı söndürün, amma çizkeyki oradan çıxarmayın. Qoyun oradaca soyusun. Əgər çox bişirsəniz, o, ortadan çatlayacaq və doğrayanda ovulub töküləcək.
  5. Lap soyumamış, bir az isti olarkən adi tikiş sapının köməyilə doğrayın. Bu zaman o, ovulmur. Üzərini giləmeyvə ilə bəzəyib süfrəyə verin.

Nuş Olsun!

Hakkında: Adətən gənclərin sevdiyi şirniyyat olan çizkeyk  (Cheesecake) Avrupa və Amerika mətbəxinə aiddir. İlk çizkeyk  qədim Yunanıistanda yaranmışdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10