
Cız-Bız
Cız-Bız
Ərzaqlar
- Qoyun içalatı (ağciyər, qaraciyər, ürək, bağırsaqlar, böyrəklər)– 2 kq,
- Qoyun quyruğu – 300 q,
- Kartof – 6 əd.,
- Duz – zövqə görə
Hazırlanması
- Əvvəlcə 150 q quyruq xırda-xırda doğranır və cızdağ edilir.
- Məhsullar təmiz suda yaxşı-yaxşı yuyulur, doğranır və hərəsi ayrı-ayrı qablara qoyulur.
- Əvvəlcə quyruqla ağciyərlər, sonra qara ciyər, böyrəklər, ürək qızardılır. Hamısı bir az duzlanır və bir yerə yığılır.
- Sonra quyruğun qalan hissəsi də böyük tikələrə doğranır, ya çöpvari, ya da kubiklər şəklində doğranmış kartof ilə birgə qızardılır və ümumi tavaya yığılır, hamısı qarışdırılır və daha 5 dəqiqə od üstündə saxlanılır (çalışın qurumasın).
- Hazır cız-bız nimçəyə çəkilir və isti-isti çörəklə, şorabalarla, albalı salatı və ya sirkəli salatlarla süfrəyə verilir.
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!
ən son şərh