Çiyələkli trifle

Çiyələkli trifle

Ərzaqlar

  • 500-600 qr. çiyələk

     

  • 2 ədəd banan

     

  • 1/2 paket çiyələkli jele

     

  • 12 ədəd peçenye

     

  • 1 ədəd yumurta sarısı

     

  • 2 yemək qaşığı un

     

  • 2 yemək qaşığı nişasta

     

  • 3/4 su stəkanı şəkər tozu

     

  • 1 litr süd

     

  • 1 paket vanil

     

  • 2 yemək qaşığı marqarin

     

  • 1 qutu labne pendir (200 gr.)

Hazırlanması

  1. 1.5 stəkan süd peçenye üçün ayrılır.
  2. Qalanı yumurta sarısı, nişasta, un və şəkər qarışdırılaraq bişirilir.
  3. Qazdan götürdükdən sonra vanil və marqarin əlavə edilərək mikser köməyi ilə 5 dəqiqə çırpılır.
  4. Biraz soyuduqdan sonra labne pendir əlavə olunur və 5 dəqiqə çırpılır.
  5. Dərin və şəffaf bir kasanın kənarlarına çiyələklər incə dilimlər halında qoyulur.
  6. Dibinə 2 qaşıq krem yayılır.
  7. 1.5 stəkan süd 2 qaşıq şəkər ilə qarışdırılır və peçenyelər bu qarışıma batırılaraq kremin üzərinə sıralanır.
  8. Üzərinə 4 qaşıq krem yayılır və incə dilimlənmiş çiyələklər düzülür.
  9. Çiyələklərin üzərinə kremlər yayılır.
  10. Kremdən sonra ən üstə banan və çiyələk düzülür.
  11.  Kasaların ən üstü 1-2sm jele üçün boş buraxılır.
  12. Hazırlanan jele meyvələrin üzərinə tökülür.
  13. Soyuducuda 7 saat gözlədilir.
  14. Sonra servis edilir.

Nuş olsun!

Çiyələkli trifle çox insan tərəfindən sevilən meyvəli şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10