Çiyələkli maskarponi

Çiyələkli maskarponi

Ərzaqlar

  • 300 qram çiyələk
  • 250 qram maskorponi pendiri
  • 150 qram yağlı qaymaq
  • 3 xörək q. qəhvəyi şəkər
  • 1 xörək q. rom
  • 2-3 dənə ovulan peçenye

Hazırlanması

  1. 2-3 çiyələyi bəzək üçün ayrı qaba qoyun.
  2. Qalanını çəngəl ilə pure forması alana qədər yaxşı əzin.
  3. Rom və ya arağı istilədib şəkərlə qarışdırn ki, şəkər ərisin.
  4. Qaymağı mikserlə çalın və ərimiş şəkərə üzərinə əlavə edin.
  5. Maskorponini də çəngəl ilə əzib qaymağa qatıb qarışdırın.
  6. Yağlı kütləni furjerlərə doldurub üzərinə çiyələk püresindən tökün və bir az taxta çöp ilə qarışdırın.
  7. 15 dəqiqə soyuducuda saxlayın.
  8. Bərkidikdən sonra üzərinə ovulmuş peçenye səpin və çiyələk qoyun.
  9. Çiyələkli maskarponi servisə hazırdır.

Nuş olsun!

Çiyələkli maskarponi şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10