Çiyələkli Manna yarması Tortu

Çiyələkli Manna yarması Tortu

Çiyələkli Manna yarması Tortu

Ərzaqlar

  • 9 şorba qaşığı manna yarması (90 qr)
  • 10 şorba qaşığı şəkər (150 gr)
  • 1 lt süd
  • 1 paket vanil
  • 25-30 dənə çiyələk
  • 1 ədəd hazır kakaolu keks

Hazırlanması

  1. Manna yarmasını, şəkəri və südü bir qazana qoyun və qarışdıraraq pudinq kimi bişirin.
  2. Bişdikdən sonra altını söndürün.
  3. Vanil əlavə edib, bir dəfə daha qarışdırın.
  4. Pundinqin yarısını orta boy bir qaba tökün.
  5. Tökmədən əvvəl, qabı bir az suyla isladın.
  6. Bu şəkildə qudinqi tərs çevirərkən yapışmasını önləyəcəyik.
  7. Üzərinə küp küp doğradığınız kakaolu keksi yayın.
  8. Keksin üstünü ortadan ikiyə və ya üçə bölərək dilimlədiyiniz çiyələklərlə örtün.
  9. Qalan pudinq ilə çiyələklərin üzərini örtün.
  10. İkram edəcəyiniz zaman, xidmət qabına tərs çevirin.
  11. Şirniyyatınızı çiyələk və kokos ilə bəzəyə bilərsiniz.

Hakkında: Hazırlanması çox asan olan bu şirniyyatın dadını bəyənəcəyinizə əminik. Nuş olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10