Çiyələkli kəsmikli keks

Çiyələkli kəsmikli keks

Ərzaqlar

  • 300 qram kəsmik 
  • 100 qram un 
  • 75 qram yumşaldılmış kərə yağı 
  • 1 yumurta 
  • 200 qram çiyələk 
  • bir az duz 
  • şəkər zövqə görə 
  • 1 paket qabartma tozu

Hazırlanması

  1. Yumurta və  şəkəri mikserlə yaxşı şişənə qədər çalın.
  2. Üzərinə yumşaldılmış kərə yağını, duz və qabartma tozunu əlavə edin.
  3. Unu hissə-hissə əlavə edərək mikserlə çalın və sonda kəsmiyi əlavə edin.
  4. Çiyələkləri yuyun və 4 yerə bölün (mövsümə görə çiyələyi başqa giləmeyvə ilə də əvəz etmək olar).
  5. Selikon keks qablarına  alınmış kəsmikli xəmirin yarısını tökün və üzərinə çiyələkləri əlavə edin.
  6. Qalan xəmiri də keks qablarına  əlavə edin.
  7. Sobanı 200 dərəcə qızdırın və 30 dəqiqə keksləri bişirin.
  8. Kekslər hazır olduqda soyuduqdan sonra üzərinə şəkər tozu səpin və çiyələk ilə bəzəyin.

Nuş olsun!

Çiyələkli kəsmikli keks tez  hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10