Çiyələkli ekler

Çiyələkli ekler

Ərzaqlar

  • 175 gr. un 
  • 2 yemək qaşığı şəkər tozu 
  • 240 gr. su 
  • 120 gr. Otaq temperaturunda kərəyağı 
  • 1 çimdik duz 
  • 5 ədəd yumurta 
  • Krem üçün: 
  • 500 gr. süd 
  • 1 yumurta sarısı 
  • 3 yemək qaşığı nişasta 
  • 2 yemək qaşığı un 
  • 8-10 yemək qaşığı şəkər toz 
  • 1 yemək qaşığı kərəyağı 
  • 2-3 ovuc çiyələk-pudra şəkəri

Hazırlanması

  1. Ekler xəmirini hazırlamaq üçün bir qazana suyu, kərəyağını, şəkər tozu və duzu tökün.
  2. Orta temperaturda qaza qoyub kərəyağı əriyənə qədər qarışdırın.
  3. Kərəyağ əriyəndə qarışımı qaynadın.
  4. Sonra qazdan götürün.
  5. Taxta qaşıqla qarışdıraraq unu əlavə edin.
  6. Bütün unu qarışıma yedirəndə təkrar qaza qoyun və yenə qarışdıraraq xəmir qazanın kənarlarından ayrılana və dibi təmiz qalana qədər qovurun. 
  7. Xəmirə yumurtaları əlavə edin.çalın.
  8. təqribən 10 dəqiqə yaxşı həll olması üçün çalmağa davam edin.
  9. Xəmiri soyuducuya qoyun və gözlədin.
  10. Soba qabına bişirmə kağızı qoyun.
  11. Xəmiri sıxma torbasıyla barmaq boyda, aralı qalmaq şərtiylə qaba sıxın.
  12. 170 dərəcədə isidilmiş sobada xəmir sərtləşənə qədər bişirin. 
  13. Krem üçün qazana unu, nişastanı, yumurta sarısını və toz şəkəri tökün.
  14. Südü əlavə edərək qarışdırın və qaza qoyun.
  15. Krem olana qədər qarışdıraraq bişirin.
  16. Qazdan götürəndən sonra kərəyağını əlavə edin.
  17. Çiyələkləri istədiyiniz formada kəsin.
  18. Üzərinə pudra şəkəri səpin və soyuducuya qoyub suyunu buraxmasını gözləyin.
  19. Ekler soyuyanda ortadan ikiyə kəsin.
  20. Alt hissəsinə krem sıxın.
  21. Bir neçə çiyələk qoyun və bağlayın.
  22. Üzərinə pudra şəkəri səpib servis edin.

Nuş olsun!

Çiyələkli ekler hazırlanılmasına çəkilən əziyyət dadına dəyər.

 

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10