Çiyələkli Bavaruaz

Çiyələkli Bavaruaz

Çiyələkli Bavaruaz

Ərzaqlar

  • 4 su stəkanı süd
  • 1,5 su stəkanı toz şəkər
  • 3 yumurta sarısı
  • 2 paket krem şanti
  • 400 qr. çiyələk
  • 2 – 3 marmelad

    Sousu üçün:

  • 100 qr. çiyələk
  • 1 su stəkanı toz şəkər

Hazırlanması

  1. 2 su stəkanı südü 1 su stəkanı toz şəkərlə qarışdırıb qaynadın.
  2. Ayrı bir qabın içində 1 /2 su stəkanı şəkərlə yumurta sarısını çırpın.
  3. Südü yavaş-yavaş qarışdıraraq əlavə edin.
  4. Marmeladı parçalayıb 1/2 su stəkanı soyuq suda əridin .
  5. Ərimiş marmeladı südlü yumurtalı qarışığa əlavə edib qarışdırın.
  6. Soyumasını gözləyin. Krem şantini 2 su stəkanı süd ilə çırpın.
  7. Kiçik doğranmış çiyələklə birlikdə sütlü qarışığa əlavə edin.
  8. Hazırladığınız qarışığı kiçik kasalara boşaldın.
  9. Soyuması üçün 3 -4 saat soyuducunda gözlədin .
  10. Sousunu hazırlamaq üçün , çiyələk və şəkəri blendıra qoyub, hamar bir səviyyəyə gələnə qədər qarışdırın.
  11. Çiyələkli bavaruazı tərs çevirərək boşqaba tökün.
  12. Çiyələkli sousla birlikdə süfrəyə təqdim edin

Hakkında: çiyələkli bavaruaz asan hazırlanmayan Meyvəli Şirniyyat Reseptlərindendir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10