Çiyələkli-bananlı keks

Çiyələkli-bananlı keks

Ərzaqlar

  • 150 qram un 
  • 200 qram kərə yağı 
  • 3 yumurta 
  • 0,5 su stəkanı şəkər 
  • 2 ədəd banan 
  • 12 ədəd çiyələk 
  • 1 paket qabartma tozu 
  • 1 paket vanil

Hazırlanması

Bananları bir qabda çəngəl ilə əzin, çiyələyi xırda-xırda doğrayıb başqa bir qaba yığın.
  1. Yağı şəkər ilə qarışdırın, yumurtanı, vanili əlavə edib mikserilə çalın və hissə-hissə əzilmiş bananı əlavə edərək çalın.
  2. Unu qabartma tozu ilə qarışdırıb üzərinə əlavə edin.
  3. Alınmış kütləni keks qablarına doldurun.
  4. Üzərinə doğranmış çiyələkləri düzün.
  5. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Nuş olsun!

Çiyələkli-bananlı keks şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10