
Çiyələkli Ürək Keksi
Çiyələkli Ürək Keksi
Ərzaqlar
- 1 bağlama hazır şəkərli xəmir
- 3-4 fincan çiyələk
- 1/2 st. şəkər tozu
- 1/2 st. su
- 3 x.q. qarğıdalı nişastası
- 1 yumurtanın sarısı
Hazırlanması
- Xəmiri iki yerə bölüb yayın, birini içinə perqament qoyulmuş siniyə döşəyin.
- İç: çiyələkləri ölçüsünə görə iki və ya dörd yerə bölün, şəkər tozuyla qarışdırın.
- Nişastanı suyla qarışdırıb ocağın üstünə qoyun, çiyələyi əlavə edin, qaynayıb qatılaşandan sonra götürüb soyudun, formadakı xəmirin üstünə tökün.
- Ortasını açıq saxlayın. Üzərinə yumurta sarısı çəkib şəkər tozu səpin.
- 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Üzəri qızılı rəng almalıdır.
Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, çiyələkli ürək keksiniz yumşaq olacaq. Nuş olsun!
ən son şərh