Çiyələkli Tiramusu Resepti

Çiyələkli Tiramusu Resepti

Ərzaqlar

  • 200 qr. maskarpone pendiri
  • 30-33% 500 qr. yağlı qaymaq (slivki)
  • 5 yemək qaşığı şəkər kirşanı
  • yarım dənə portağalın suyu
  • 100 qr çiyələk meyvəsi
  • 500 qram qadın barmaqları peçenyesi

Hazırlanması

  1. Bir dərin qab götürüb yağlı qaymağı şəkər kirşanı ilə mikserlə çalın.
  2. Yağlı qaymaq mütləq bir-iki saat soyuducuda qaldıqdan sonra mikserlə çalınmalıdır. Kremimiz hazırdır.
  3. Çiyələkli sousu hazırlamaq üçün  portağalın suyunu sıxın. Çiyələkləri portağal suyu ilə parçalayıcıdan( blendar) keçirin, əzmə halına salın və kremə qatın.
  4. Tiramusunu hazırlamaq üçün dondurma qablarını götürün.
  5. Püçünyüdən bir-iki dənə sındırıb qaba qoyun və üzərinə çiyələkli kremi əlavə edib bu prosesi təkraralayın.
  6. ən üst qat krem olmalıdır. Qabların üstünü strecləyib 1-2 saat soyuducuda saxlayın.

Nuş Olsun!

Çiyələkli tiramusu həm desert, həm də meyvə sevənlər üçün əla seçimdir.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10