
Çiyələkli maskarponi
Ərzaqlar
- 300 qram çiyələk
- 250 qram maskorponi pendiri
- 150 qram yağlı qaymaq
- 3 xörək q. qəhvəyi şəkər
- 1 xörək q. rom
- 2-3 dənə ovulan peçenye
Hazırlanması
- 2-3 çiyələyi bəzək üçün ayrı qaba qoyun.
- Qalanını çəngəl ilə pure forması alana qədər yaxşı əzin.
- Rom və ya arağı istilədib şəkərlə qarışdırn ki, şəkər ərisin.
- Qaymağı mikserlə çalın və ərimiş şəkərə üzərinə əlavə edin.
- Maskorponini də çəngəl ilə əzib qaymağa qatıb qarışdırın.
- Yağlı kütləni furjerlərə doldurub üzərinə çiyələk püresindən tökün və bir az taxta çöp ilə qarışdırın.
- 15 dəqiqə soyuducuda saxlayın.
- Bərkidikdən sonra üzərinə ovulmuş peçenye səpin və çiyələk qoyun.
- Çiyələkli maskarponi servisə hazırdır.
Nuş olsun!
Çiyələkli maskarponi şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.
ən son şərh