
Çiyələkli kəsmikli keks
Ərzaqlar
- 300 qram kəsmik
- 100 qram un
- 75 qram yumşaldılmış kərə yağı
- 1 yumurta
- 200 qram çiyələk
- bir az duz
- şəkər zövqə görə
- 1 paket qabartma tozu
Hazırlanması
- Yumurta və şəkəri mikserlə yaxşı şişənə qədər çalın.
- Üzərinə yumşaldılmış kərə yağını, duz və qabartma tozunu əlavə edin.
- Unu hissə-hissə əlavə edərək mikserlə çalın və sonda kəsmiyi əlavə edin.
- Çiyələkləri yuyun və 4 yerə bölün (mövsümə görə çiyələyi başqa giləmeyvə ilə də əvəz etmək olar).
- Selikon keks qablarına alınmış kəsmikli xəmirin yarısını tökün və üzərinə çiyələkləri əlavə edin.
- Qalan xəmiri də keks qablarına əlavə edin.
- Sobanı 200 dərəcə qızdırın və 30 dəqiqə keksləri bişirin.
- Kekslər hazır olduqda soyuduqdan sonra üzərinə şəkər tozu səpin və çiyələk ilə bəzəyin.
Nuş olsun!
Çiyələkli kəsmikli keks tez hazırlanan şirniyyatdır.
ən son şərh