Çili Şorbası

Çili Şorbası

Çili Şorbası

Ərzaqlar

  • 400 q qiymə
  • 600 q lobya
  • 2 pomidor
  • 1 ədəd bolqar bibəri
  • 1-2 ədəd çili istiotu
  • 2-3 ədəd soğan
  • 5-6 diş sarımsaq
  • 400 ml ət suyu (bulyon)
  • 2-3 x.q. tomat pastası
  • 1 ç.q. üyüdülmiş zirə və razyana
  • sürtgəcdən keçirilmiş pendir – zövqə görə

Hazırlanması

  1. Soğanı, bibəri və çili istiotunu doğrayın.
  2. Lobyanı qaynadın, aşsüzənə töküb suyunu süzün.
  3. Pomidorların üstünə qaynar su töküb 1 dəqiqə saxlayın, qabığını soyun.
  4. Soğan, bibər və sarımsağı qızardın. Bunlar hazır olana yaxın çili istiotunu əlavə edin.
  5. Qiyməni 3-5 dəqiqə, qarışdıra-qarışdıra qovurun.
  6. Hazır olana yaxın cirə və razyana əlavə edin.
  7. Bir az iri qazana həm qiyməni, həm də qızartdığınız tərəvəzləri qoyun, kubik doğranmış pomidorları, tomat pastası və ət suyunu əlavə edin.
  8. Qarışdırıb ocağın üstünə qoyun, qaynara düşəndən sonra ocağı çox azaldın, vam odda 25-30 dəqiqə bişirin.
  9. Sonra bişmiş lobyanı əlavə edib daha 5 dəqiqə bişirin.
  10. Süfrəyə verərkən boşqabın dibinə sürtgəcdən keçirilmiş pendir səpin, sonra isə şorbanı tökün.
  11. Yanında üzərinə yağ çəkilərək sürtgəcdən keçirilmiş sarımsaq səpilmiş ağ çörək dilimləri verə bilərsiniz.

Haqqında: Asan və ləziz salatlardan sayılır.Nuş olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10