Çiçək mafiş

Çiçək mafiş

Ərzaqlar

  • Yarım su stəkanı qatıq

     

  • 1 yumurta

     

  • 1 paket qabartma tozu

     

  • 1 yemək qaşığı duru yağ

     

  • 1 çimdik duz

     

  • Aldığı qədər un(2-3 su stəkanı)

     

  • Şərbəti üçün:

     

  • 2 su stəkanı şəkər

     

  • 2 su stəkanı su

     

  • 1 yemək qaşığı limon suyu

     

  • Qızartmaq üçün:

     

  • Duru yağ

     

  • Üzəri üçün:

     

  • Toz fıstıq

Hazırlanması

  1. İlk öncə şirniyyatın şərbətini hazırlamaq üçün su və şəkəri qaynadaq qaynamağa başlayanda 10-15 dəqiqə daha qaynadaq bu arada limon suyunu əlavə etməyi unutmayaq.
  2. Xəmiri üçün qatıq, yumurta, duru yağ, qabartma tozu və duz töküb qarışdıraq.
  3. Unu yavaş yavaş əlavə edib yumşaq ələ yapışmayan xəmir edək.
  4. Xəmiri nazikləşdirərək yayaq.
  5. Nə çox nazik, nə də  çox qalın olmasın.
  6. İstədiyiniz qəlibdə formalarla kəsib isti yağda qızardaq.
  7. Xəmiri qızartdıqca şərbətə ataq.
  8. Qarışdıraraq 1-2dəqiqə gözlədək.
  9.  Şərbəti yaxşı çəkəndən sora fıstıqla bəzəyib servis edək.
  10. Şirniyyatı soyuduqdan sonra yeyin.

Nuş olsun!

Çiçək mafiş asan hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10