Cevizli qızılgül

Cevizli qızılgül

Cevizli qızılgül

Ərzaqlar

  • 1 st. manna yarması
  • 1 st. bitki yağı
  • 130 q kərə yağı
  • 0,5 st. qatıq
  • vanil
  • 1 yumurta
  • 0,5 paket qabartma tozu
  • duz (zövqə görə)
  • qoz
  • 1 st. su
  • 2 st. şəkər tozu
  • 1 mandarinin şirəsi

Hazırlanması

  1. Kərə yağını əridin, içinə manna töküb yaxşıca qarışdırın.
  2. Qatıq əlavə edin. duz, qabartma tozu, vanil, yumurta da vurub yaxşıca çalın. Unu da əlavə edib qarışdırın.
  3. Xəmiri yayın. Stəkanın köməyilə çoxlu dairələr kəsin. Bunlar qızılgüllərin ləçəkləri olacaq.
  4. 4 dairəni götürüb biri yarısınadək o birinin üstünə çıxmaqla sıraya düzün.
  5. Üstdəki dairənin ortasına qoz ləpəsinin 1/4-ni 2 ədəd ard-arda olmaqla uzunasına yerləşdirin, sonra isə elə üstdəki dairədən başlamaqla bükün.
  6. Alınan borucuğu bıçaqla ortadan iki yerə bölün – iki “qızılgül” alınacaq.(Bunu başqa cür də edirlər: dairələri iri kəsir, bir dairəni dörd tərəfdən çərtir, ortasına xırdalanmış ceviz tökür və ləçəkləri ortaya doğru bükürlər).
  7. 200 dərəcə qızdırılmış sobada, qızılı rəng alanadək bişirin.
  8. Qızılgüllər bişənədək sirop hazırlayın. Bunun üçün şəkər tozunu mandarin şirəsi ilə qarışdırıb şəkər tozu əriyənədək bişirin.
  9. Bişmiş qızılgülləri sobadan çıxarın, üzərinə sirop gəzdirib bir müddət saxlayın.

Nuş Olsun!

Hakkında: Çətin görünsədə bişirilməsi asan olan bu şirniyyat həmdə göz oxşayandır.

 

One Comment

  1. slm manna yarmasi qatilmasa olmazmi?eger tokmesem nece alinar

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10