Çedder pendiri ilə lazanya

Çedder pendiri ilə lazanya

Çedder pendiri ilə lazanya

Ərzaqlar:

  • zeytun yağı – 1 x.q.
  • çəkilmiş mal əti – 750 qr.
  • soğan – 1 baş
  • kərəviz – 2 ədəd
  • konservə edilmiş pomidor – 400 qr.
  • tomat pastası – 2 x.q.
  • provans otları – 1 x.q.
  • şəkər tozu – 1 ç.q.
  • kərə yağı – 60 qr.
  • buğda unu – 3 x.q.
  • süd – 750 ml
  • hazır qurudulmuş lazanya lavaşları – 375 qr.
  • çedder pendiri – 125 qr.


Hazırlanması:

  1. Sobanı 180*C qızdırın. Zeytun yağının yarısını böyük tavada qızdırıb farşı qızardın. Əti başqa qaba tökün, yerdə qlan yağı tavaya əlavə edib xırda-xırda doğranmış soğan və kərəvizi yumşalana kimi qızardın.
  2. Əti tavaya qaytarıb pomidor, tomat pastası, ədviyyatlar və şəkər tozu əlavə edib qaynara düşənə kimi qızdırın, sonra alovu azaldıb tavanın qapağını qoyub 20 dəqiqə bişirin.
  3. Kərə yağını qazanda vam alovda əridin. Un əlavə edib 1 dəqiqə qovurun. Alovdan götürüb tədricən süd əlavə edin. Yenidən alovun üstünə qoyub qaynara düşənə kimi qızdırın, məhlul qarışa-qarışa qatılaşmalıdır. Alovu azaldıb 2 dəqiqə bişirin.
  4. Odadavamlı formanı yağlayın. Ətli sousun üçdə bir hissəsini tavaya töküb üstünə 1 lay lazanya lavaşı sərin, sonra beşamel sousunun üçdə bir hissəsini tökün. Layları iki dəfə təkrarlayıb üstdən sürtgəcdən keçirilmiş pendir səpin.
  5.  Qızılı rəng alana kimi, 25 dəqiqə sobada qızardın.

Nuş olsun!

Hakkında:  Lazanya İtaliya mətbəxinin ənənəvi yeməyidir. Lazanyanın çox çeşidləri var və hər çeşidin özünəməxsus dadı var.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10